COP29

Azərbaycanda çempion klub baş məşqçisini dəyişdi, 2 serbi görəvə gətirdi

5 İyun 2023 10:40 Futzal 1 129
Azərbaycanda çempion klub baş məşqçisini dəyişdi, 2 serbi görəvə gətirdi

17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.

Azərbaycan Futzal Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.

Baş məşqçi postuna Vitali Borisov təyin olunub.

Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.

Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb.

O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb.

Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. Komandada köməkçi-məşqçi vəzifəsini icra edib.

2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti