
AFFA növbəti mövsüm futzal üzrə Yüksək Liqada çıxış edəcək klublara 1 milyon manat ödəyə bilər.
Azərbaycan Futzal Federasiyası (AFF) məhz bu məbləğdə dotasiyanın ayrılması məqsədilə AFFA-ya müraciət ünvanlayıb.
AFF göstərilən vəsaitin xərclənmə istiqamətlərini müəyyənləşdirməyi də AFFA-nın öz öhdəsinə buraxıb.
Bu təşəbbüs AFF-nın prezidenti Zaur Axundova məxsusdur. AFFA İcraiyyə Komitəsinin üzvü son toplantıda məsələ qaldırıb və futzal klublarının üzləşdiyi problemləri diqqətə çatdırıb.
O bildirib ki, maliyyə dəstəyi olmasa, ölkə çempionatının təşklində ciddi problemlər yaranacaq.
Yüksək Liqanın son mövsümündə 7 komanda yer alıb. Onlardan «Xilə» çıxışını yarımçıq başa vurubsa, «Alyans» və «Rekord» bir neçə dəfə meydançada «görünməyib».
«Araz Naxçıvan» 19-cu dəfə çempionluq əldə edib. «Neftçi»İK gümüş, «Bakı Fire» bürünc medallara yiyələnib.
SPORTİNFO.AZ