“Baku Fire” “Neftçi”yə 5 qol vurdu, ilk dəfə Azərbaycan kubokunu qazandı

24 May 2023 16:20 Futzal 618
“Baku Fire” “Neftçi”yə 5 qol vurdu, ilk dəfə Azərbaycan kubokunu qazandı

Bu gün futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşıb.

“Neftçi” İK həm də Azərbaycan kubokunun ötənilki sahibidir.

Birinci hissənin ilk 10 dəqiqəsi daha çox qarşılıqlı hücumlarla yadda qalıb. Hesab isə 12-ci dəqiqədə açılıb.

Bundan sonra nominal qonaqlar ardıcıl qollar vurmaqla, fasiləyə 4 top üstünlüklə yollanmağı bacarıb.

İkinci hissəni “Neftçi” İK daha çox qapıçını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilməyib.

Son dəqiqədə isə iki 10 metrlik cərimə zərbəsindən yararlanmayıblar. Əksinə, rəqib fərqi artırıb və qələbəsini təmin edib.

Yekunda qələbə qazanan “Baku Fire” ilk dəfə Azərbaycan kubokunu qazanıb.

"Neftçi" İK – "Baku Fire" (0:4) 0:5

24 may. Bakı İdman Sarayı

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ceyhun Hüseynov

Hakim-inspektor: Azər Əsgərov

Qollar: Oruc Baxşəlizadə, 11:07, İaqo Henrique, 14:00, Tofiq Əliyev, 15:31, 29:30, Elvin Quliyev, 17:22

Sarı vərəqələr: Namiq Məmmədkərimov, 7:46, Rüfət Balakişiyev, 13:59, Behzad Hassanzade, 15:19, Əjdər Əjdərov, 32:33 // Murad Quluzadə, 15:38, Soruş Heydari, 32:33, Faiq Əliyev, 35:17

"Neftçi" İK: Anar Məmmədov (q), 3. Fərid Atakişiyev, 5. Behzad Hassanzade, 38. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev (q), 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 8. Ülvi Əliyev, 9. Nurlan Mhedizadə, 10. Rüfət Balakişiyev (k), 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 17. Asif Zeynalov,

Baş məşqçi: Hacıbala Abdullazadə

"Baku Fire": Elnur Zamanov (q), 3. Oruc Baxşəlizadə, 4. Elvin Quliyev (k), 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 2. Pavel Repin (q), 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 13. Leonardo, 15. Pouria Qolşani, 19. Tofiq Əliyev, 21. Soruş Heydari, 22. Kənan Manafov, 51. Sezar Auqusto

Baş məşqçi: Teymur Eyvazov

Xəbər Lenti