“Neftçi” - “Baku Fire”: 27-ci kuboku kim qazanacaq?

24 May 2023 01:10 Futzal 368
“Neftçi” - “Baku Fire”: 27-ci kuboku kim qazanacaq?

Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” qarşılaşacaq.

Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb.

“Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib.

Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb.

Ölkə kubokunun 2019/20-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

1994/95 “Neftçi”

1995/96 “Neftçi”

1996/97 “Avtomobilçi”

1997/98 “Avtomobilçi”

1998/99 “Nabspor”

1999/00 “Azərneftyanacaq”

2000/01 “Azərneftyanacaq”

2001/02 “Gömrükçü”

2002/03 “Gömrükçü”

2003/04 “Turan” AİR

2004/05 “Araz”

2005/06 “Araz”

2006/07 “Araz”

2007/08 “Araz”

2008/09 “Araz”

2009/10 “Neftçi” İSM

2010/11 EKOL

2011/12 EKOL

2012/13 “Neftçi” İSM

2013/14 “Neftçi” İSM

2014/15 “Fener” FK

2015/16 EKOL

2016/17 “Neftçi” İK

2017/18 “Marafon Futsal”

2018/19 EKOL

2019/20 Yarış başa çatdırılmayıb

2020/21 Pandemiya ilə əlaqədar keçirilməyib

2021/22 “Neftçi” İK

Xəbər Lenti