COP29

"Difai" adının burada da olmasını istəyirik" - AÇIQLAMA

21 May 2023 16:05 Futzal 674
"Difai" adının burada da olmasını istəyirik" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasında olan «Difai» inkişaf yolunda daha bir addım atıb.

I Qarabağ Müharibəsinin iştirakçısı və qazisi Asəf Məlikovun yaratdığı klub gələn sezon futzal üzrə ölkə çempionatında da yarışacaq.

Vətən savaşında ermənilərə qarşı döyüşmüş gəncləri bir araya gətirmiş «Difai» artıq Azərbaycan Futzal Federasiyasına (AFF) rəsmi məktubla müraciət edib.

«Qara-qırmızılar» Yüksək Liqada qüvvəsini sınamaq iddiasındadır. A.Məlikov Sportinfo.az-a açıqlamasında yeni gündəm barədə bunları söyləyib:

"Bildiyiniz kimi, "Difai" Futbol Klubu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Əlil Arabasında Qılıncoynatma Federasiyasının, "Fencing" İdman Klubunun birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uulu Öndər" Kuboku yarışının təşkili üçün bölgələrdə 8 yeni komanda yaradıb.

Bura II Qarabağ Müharibəsinin iştirakçıları və qaziləri cəlb olunub. Bu oyunlara bölgələrdə olan marağı hamımız gördük.

Turnirdə 300-dən çox gənc öz qüvvəsini sınadı. Region Liqasında iştirak etmiş komandamızda 50 nəfərdən artıq gəncin olması da əsas məqsədlərimizdən biri idi.

Lakin bütün qazilərin böyük futbol oynama şansı azdır. Sağlamlıqları buna müəyyən problemlər yaradır.

Daha çox gəncin oynamasını təmin etmək üçün əvəzetmələrdə problem olmayan futzala müraciət etdik.

Artıq Azərbaycan Futzal Federasiyasına məktub yazmışıq. "Difai" adının Yüksək Liqada da olmasını istəyirik. Qəhrəmanlarımızın burada da yüksək nəticə göstərə biləcəklərinə əminik".

Digər Xəbərlər
Xəbər Lenti