COP29

Millimizin oyunlarının təqvimi - DÇ-2024-un elit-raund mərhələsində

9 İyun 2023 02:50 Futzal 933
Millimizin oyunlarının təqvimi - DÇ-2024-un elit-raund mərhələsində

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-un elit-raund mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Millimizin bu mərhələdəki oyun cədvəli isə belə olacaq:

Sentyabr
Rumıniya - Azərbaycan
Azərbaycan – Niderland

Oktyabr
Azərbaycan – Qazaxıstan
Qazaxıstan - Azərbaycan

Dekabr
Azərbaycan – Rumıniya
Niderland - Azərbaycan

Oyunların keçiriləcəyi günləri qrup iştirakçıları iyunun 16-dək öz aralarında razılaşdırmalıdırlar

. Həmin tarixə qədər razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək.

Dekabrın 20-i qrup mərhələsi üçün sonuncu oyun günüdür.

Pley-off-da iştirak edəcək komandalar üçün gələn il yanvarın 25-də püşk atılacaq, matçlar isə ev və səfər prinsipi olmaqla gələn il 8-17 aprel tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti