Region klubu 17-ci dəfə Azərbaycan çempionu oldu

15 May 2023 23:20 Futzal 446
Region klubu 17-ci dəfə Azərbaycan çempionu oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, finalda "Araz-Naxçıvan" və "Neftçi" qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Araz Naxçıvan" tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

"Baku Fire" isə 3-cü yer uğrunda oyunda "Record club"u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

Xəbər Lenti