“Neftçi” bizə siqnal verdi ki…“

12 May 2023 15:00 Futzal 405
“Neftçi” bizə siqnal verdi ki…“

Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin üçüncü turunun oyunu keçirilib.

“Baku Fire” “Neftçi” İK ilə üz-üzə gəlib.

Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflərdən bu dəfə üstün olanı final, məğlub tərəfə isə 3-cü yer uğrunda matçda iştirak edəcəkdi.

Həlledici görüşdə 6:3 hesabı ilə qələbə qazanan “Neftçi” İK finala adlayıb və burada “Araz Naxçıvan“a rəqib oulb.

“Baku Fire”nin baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında deyib:

“Qələbə qazanmaq üçün hər şey elədik. Hesabda irəli keçəndən dərhal sonra səhvə yol verdik və qapımızdan top buraxdıq.

Son saniyələrdə buraxdığımız qol isə həlledici oldu, finala çıxa bilmədik.Ümumuyyətlə, mən “Baku Fire” - ”Neftçi” oyununu çempionatın final qarşılaşması sayıram.

Pley-ofdakı üç oyun da çox gərgin və maraqlı oldu. Yarımfinalın hər üç oyunuda birinci qolu biz buraxdıq.

Ondan sonra geridönüş eləmək üçün bizə daha çox güc sərf eləmək lazım oldu. Bunu isə tam heyət olmadan etmek çətin idi.

Birinci oyunda 2:0-dan geridönüş edə bildik. Birinci oyun artıq bizim üçün bir siqnal idi ki, növbəti dəfə daha diqqətli olaq.

Qapımızda gördüyümüz birinci qollar rəqibdə qələbəyə inamı artırdı. Təəssüf ki, zədəli oyunçularımız bizə kömək edə bilmədi.

Halbuki müntəzəm çempionatın gedişində ”Neftçi”yə üç dəfə qalib gəlib, yalnız bir dəfə heç-heçə etmişdik.

İndi qarşıda bizi kubok oyunu gözləyir, Bütün diqqətimizi kuboka yönəltmişik”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"