Azərbaycanda komanda yarımfinal oyununa çıxmadı, final onlar yüksəldi

11 May 2023 22:40 Futzal 514
Azərbaycanda komanda yarımfinal oyununa çıxmadı, final onlar yüksəldi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, mayın 8-də keçirilməli olan “Record” – “Araz Naxçıvan” oyunu birincilərin təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb.

Buna görə “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

İntizam Komitəsinin bu qərarından sonra seriyada ikinci qələbəsini reallaşdıran “Araz Naxçıvan” finala vəsiqə qazanıb. Son çempion həlledici qarşılaşmada “Neftçi” İK ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda oyunda isə “Baku Fire” və “Record” komandaları qarşılaşacaqlar. Həlledici oyunlar mayın 15-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar