
Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk matçda hesabı “Neftçi” İK ilə “Baku Fire” komandaları üz-üzə gəliblər.
Bu komandaların ilk oyununda “Baku Fire” qalib gəlmişdi. İkinci oyun isə “Neftçi”nin qələbəsiylə yekunlaşıb.
Nəticədə bu komanda seriyada hesabı bərabərləşdirib. Bu komandalar arasında 3-cü oyun keçiriləcək.
“Record” və “Araz-Naxçıvan” arasındakı oyun isə baş tutmayıb. Buna “Record”un təyin olunan vaxtda meydana çıxmaması səbəb olub.
Bu görüşün nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.
İlk oyunda “Araz Naxçıvan” 24:0 hesabıyla qalib gəlmişdi.
"Neftçi" İK – "Baku Fire" 4:3
Qol: Ali Mikaili, 9:48; 44:20; 49:44. Namiq Məmmədkərimov, 27:55 – Əjdər Əjdərov, 11:48-öz qapısına. Yaqo Henrike, 34:37; 44:59-pen.
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.
"Record" – "Araz Naxçıvan" oyunu baş tutmayıb
Hakimlər: Anar Fərəcov, Şakir Quliyev, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
8 may. Bakı İdman Sarayı. Saat 17:00.