Braziliyalı Bakıda balaca uşaqlardan sevgi gördü - FOTOLAR

7 May 2023 19:50 Futzal 914
Braziliyalı Bakıda balaca uşaqlardan sevgi gördü - FOTOLAR

Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinə start verilib.

İlk oyunda “Baku Fire” və “Neftçi” qarşılaşıb.

“Neftçi” bu oyuna itkilərlə çıxmışdı. Cəzalı olduğuna görə İlkin Hacıyev və Məhəmməd Abbasov komandasına kömək edə bilmirdi.

İtkilərə baxmayaraq, gərgin keçən matçda hesabı 18-ci dəqiqədə “Neftçi” açıb. Cari mövsümdə rəqibini üstələyə bilməyən nominal qonaqlar ikinci hissədə fərqi artırmağı bacarıb.

Amma mübarizədən qopmayan nominal meydan sahibləri 29 və 33-cü dəqiqədə vurduğu qollarla hesaba tarazlıq gətiriblər.

37-cı dəqiqədə İaqo Henrike ilk dəfə komandasını hesabda önə keçirib. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəz edib.

Düzdür, bir neçə qol epizodu yaratsa da, qonaqlar məğlubiyyətdən qaça bilməyib.

Dubla imza atan Henrike matçdan sonra balaca futbolçuların əhatəsinə düşüb. EFA-nın aşağı yaş qrupları üzrə komandalarının üzvləri braziliyalı legioneri dövrəyə alıb, onunla həm şəkil çəkdirib, həm də avtoqraf alıb.

Pley-off mərhələsinin ikinci oyunları mayın 8-də keçiriləcək. Pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq