"Komanda sayı, limit və digər məsələlərlə bağlı qərar yaxın günlərdə veriləcək"

5 May 2023 15:00 Futzal 708
"Komanda sayı, limit və digər məsələlərlə bağlı qərar yaxın günlərdə veriləcək"

Azərbaycan Futzal Federasiyası Yüksək Liqanın reqlamentində bəzi yeniliklər edəcək.

Bu barədə Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.

Sitat: «Hələ növbəti mövsümlə bağlı müzakirə aparılmayıb. Yaxın günlərdə belə bir iclas keçiriləcək.

Burada iştirakçı komandalar, eləcə də, limit və digər məsələlərlə bağlı qərar veriləcək. Hazırda isə çempionatda 8 legionerin oynamasına icazə verilir».

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq