"Təklif yalnız bu çempionatda çıxış edən klublara maliyyə ayrılması ilə bağlıdır"

4 May 2023 16:00 Futzal 567
"Təklif yalnız bu çempionatda çıxış edən klublara maliyyə ayrılması ilə bağlıdır"

«Federasiyamızın prezidenti Zaur Axundov AFFA İcraiyyə Komitəsinin son iclasında bununla bağlı məsələ qaldırıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.

Onun bildirdiyinə görə, böyük futbolda olduğu kimi, futzal üzrə Yüksək Liqada iştirak edəcək komandalara da müəyyən məbləğdə yardımın göstərilməsinə ehtiyac yaranıb:

«Çünki klubların heyətini gücləndirməsi, gənc futzalcilari heyətinə cəlb etməsi, onların inkişafı ucun buna zərurət var.

Bu gün futzala cəlb olunan gənclərə həm də maddi baxımdan dəstək olmaq lazımdır ki, bir müddət futzal oynadıqdan sonra xoşbəxtliyi yenidən futbolda axtarmasın.

Təklifin müzakirə ediləcəyi qeyd edilib və AFFA rəhbərliyi baş katibliyə bununla bağlı göstəriş verib.

Maliyyə ilə bağlı təklif ancaq Yüksək Liqaya aiddir. Birinci və İkinci liqa komandalarına aid deyil».

Xəbər Lenti