Azərbaycanda bu klublara da VƏSAİT AYRILACAQ

26 Aprel 2023 23:40 Futzal 566
Azərbaycanda bu klublara da VƏSAİT AYRILACAQ

Futzal üzrə ölkə çempionatında çıxış edən klublara xoş xəbərimiz var.

Belə ki, AFFA növbəti mövsümdən etibarən bu sahəyə ayırdığı dotasiyanı artırmağı planlaşdırır.

Bununla bağlı məsələ İcraiyyə Komitəsinin son iclasında müzakirə olunub. qurumun prezidenti Rövnəq Abdullayev yarış iştirakçılarının hər birinə ödəmə edilməsi təklifini dəstəkləyib.

O, yeni ideyanın maliyyələşdirilməsi üçün tədbirlər planının işlənməsinə dair baş katibliyə tapşırıq verib.

Bu isə o deməkdir ki, Yuksək Liqa, Birinci Liqa və İkinci Liqada qüvvəsini sınayacaq komandalar AFFA vasitəsilə dotasiya alacaq.

Onlara payına düşəcək vəsaitin hər oyundan sonra və yaxud aylıq olaraq veriləcəyi hələlik bilinmir.

SPORTİNFO.AZ

Xəbər Lenti