"Neftçi"yə rəhm etmədilər, Lənkəran komandası isə...

26 Aprel 2023 01:10 Futzal 290
"Neftçi"yə rəhm etmədilər, Lənkəran komandası isə...

Futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, turun oyunları “Olimpik Star”da baş tutub.

Turun ilk oyununda “Record” “Baku Fire” ilə üz-üzə gəlməli idi. Lakin “Record” təyin olunan vaxtda matça çıxmadığına görə, bu görüş baş tutmayıb.

Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Növbəti oyunda əsas rəqiblər üz-üzə gəliblər. Lider “Araz Naxçıvan” “Neftçi” İK ilə görüşdə 7 cavabsız qolla qalib gəlib.

Son matçda isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar qarşılaşıblar. U-19 “Alyans”la görüşdən məğlub ayrılıb.

"Record" – "Baku Fire" matçı baş tutmayıb
Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Olimpik Star”

"Araz Naxçıvan" – "Neftçi "İK 7:0
Qol
: Katatau, 8:12. Nata Felipe, 10:27. Felipinyo, 19:43; 27:40. İsa Atayev, 21:04. Xəzər Ağalızadə, 24:26. Fərid Ələkbərov, 30:54.
Hakimlər: Ceyhun Hüseynov, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 15:00.

"Alyans" – U-19 7:6
Qol
: Mohammedhossein Heydarpur, 10:13; 15:28; 34:46. Mehrdad Kaşefşendi, 13:18. İmaməli Hüseynov, 24:49; 37:41. Aqa Takliq Ali, 29:19 – Fərid Abbasov, 3:50. Nihad İsmayılov, 19:57-öz qapısına. Qüdrət Qasımzadə, 23:19; 30:00; 34:04. Şahbaz Həndəmli, 31:53.
Hakimlər: Elgün Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 17:00.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"