“Baku Fire” bu dəfə də “Neftçi”dən güclü oldu

10 Aprel 2023 03:00 Futzal 305
“Baku Fire” bu dəfə də “Neftçi”dən güclü oldu

Futzal üzrə Yüksək Liqada 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, 4-cü dövrənin açiliş matçında turnir cədvəlinin ilk “3-lüy”ündə yer almış komandalar – “Baku Fire” ilə “Neftçi” İK qarşılaşıblar.

Yeddi qolun qeydə alındığı matç “Baku Fire” komandasının qələbəsiylə yekunlaşıb.

Lider “Araz Naxçıvan” bu dəfə “Alyans”la qarşılaşıb. Qarşılaşma Naxçıvan təmsilçisinin növbəti qələbəsiylə yekunlaşıb.

Turun son oyununda isə U-19 “Record”la üz-üzə gəlib. Milli komanda bu oyunda mövsümdə ikinci qələbəsini qazanıb.

"Baku Fire" – "Neftçi" İK 5:2
Qol: Pouria Qolşani, 5:05. Fərid Atakişiyev, 15:05-öz qapısına. Oktay Rüstəmli, 22:52. İaqo Henrique, 25:14; 35:36 – Behzad Hassanzadeh, 2:19. Rüfət Balakişiyev, 23:34-pen.
Hakimlər: Ziya Nəsirov, Ramil Namazov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
“Olimpik Star”. Saat 14:00

"Araz Naxçıvan" – "Alyans" 21:5
Qol: Amadeu, 1:43; 10:41. Katatau, 9:06; 14:57; 29:48; 33:21. Xəzər Ağalızadə, 18:20; 19:07; 25:49; 36:26; 37:48. Nata Felipe, 19:59; 36:01; 36:43; 38:01; 39:57. Felipinyo, 26:07; 27:57. Fərid Ələkbərov, 30:49. Xətai Bağırov, 31:27; 32:27 – Mohammadhossein Heydarpoor, 10:10-pen; 17:34. Aqa Takliq Ali, 11:43; 38:23. Elşən Əliyev, 19:30.
Hakimlər: Kənan Məlikov, Şakir Quliyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Azad Hüseynov.
“Olimpik Star”. Saat 16:00.

U-19 – "Record" 7:4
Qol: Kərim Babayev, 2:42. İlham Alıyev, 3:18; 29:49; 30:30. Fərid Abbasov, 14:37. Şahbaz Həndəmli, 19:28. Qüdrət Qasımzadə, 23:32 – Elmir Xəlilov, 6:11. Emil Valehov, 12:51; 23:05. Tofiq Məlikov, 30:10.
Hakimlər: Hacıəli Ağayev, Nahid Xasıyev, Məmmədəli Kərimov.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 18:0

Xəbər Lenti