
Futzal üzrə yeni dünya reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki,Azərbaycan millisinin də sıralamadakı mövqeyi müəyyənləşib.
Martda dünya çempionatının əsas mərhələsində Yunanıstana qalib gəlib (5:2), Polşaya məğlub olan (2:7) Joze Alesio Da Silvanın yetirmələri ötən ayla müqayisədə bir pillə geriləyiblər.
Milli hazırda 1395 xalla 13-cü yerdə qərarlaşıb. Azərbaycan seçməsi Avropa yığmaları arasında isə 8-cidir.
Reytinqə yenə Braziliya başçılıq edir. “Sambaçılar” 1821 xala malikdirlər. İspaniya (1787) ikinci, Argentina (1764) isə üçüncü sırada qərarlaşıb.