"Baku Fire" Lənkəran klubuna "toy tutdu"

1 Aprel 2023 01:20 Futzal 366
"Baku Fire" Lənkəran klubuna "toy tutdu"

Futzal üzrə Yüksək Liqada 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bununla da 3-cü dövrəyə yekun vurulub.

İlk oyundan əvvəl 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan edilib. “Neftçi” İK “Record”la oyundan inamlı qələbəylə ayrılıb.

İkinci oyunda da favorit “Baku Fire” “Alyans” üzərində böyükhesablı qələbə qazanıb. Lider “Araz-Naxçıvan” da U-19-ıa görüşüb və turu 3 xalla qapayıb.

"Record" – "Neftçi" İK 4:12
Qol
: Elmir Xəlilov, 6:10; 9:16. Tofiq Məlikov, 16:43. Moytaba Vali, 36:41 – İlkin Hacıyev, 11:51; 30:48. Fərid Atakişiyev, 12:04; 13:22. Hasan Ali Jafari, 12:37; 33:10; 33:18. Ali Mikaeli, 13:53; 27:11. Namiq Məmmədkərimov, 15:38; 20:48; 34:05.
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Şakir Quliyev.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 14:00.

"Alyans" – "Baku Fire" 1:21
Qol
: Mohammadhossein Heydarpoor, 21:41 – Soruş Heydari, 4:01; 11:35; 18:16. Oruc Baxşəlizadə, 8:17; 29:32. Oktay Rüstəmli, 9:56; 16:23. Tofiq Əliyev, 15:31; 21:00; 27:10. İaqo Henrique, 24:11; 38:23. Leonardo, 25:32; 39:02; 39:59. Elvin Quliyev, 26:06; 30:50. Murad Quluzadə, 26:32; 28:19; 34:29; 35:26.
Hakimlər: Ramil Namazov, Elgün Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Olimpik Star”. Saat 16:00.

"Araz Naxçıvan" – U-19 8:1
Qol
: Xəzər Ağalızadə, 10:41; 19:42. İsa Atayev, 12:09. Felipinyo, 13:17. Novruz Kazıxanov, 16:12; 24:10. Xətai Bağırov, 28:01; 34:05 – Qüdrət Qasımzadə, 5:05.
Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 18:00.

Xal: Araz Naxçıvan – 43. Baku Fire – 34. Neftçi İK – 29. Record – 18. Alyans – 6. U-19 – 3.

Xəbər Lenti