Millimizin baş məşqçisinin səhhətində problem çıxdı – AÇ-a getmir

13 Mart 2023 16:20 Futzal 1 510
Millimizin baş məşqçisinin səhhətində problem çıxdı – AÇ-a getmir

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.

Bu səbəbdən yığmanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.

U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb.

Bu qrupun matçları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq