Azərbaycan millisinin hücumçusu “Sportinq”lə anlaşdı

9 Mart 2023 12:40 Futzal 3 654
Azərbaycan millisinin hücumçusu “Sportinq”lə anlaşdı

Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Hazırda Rusiyada - “Tümen”də çıxış edən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. Vilela növbəti mövsümdən Lissabon təmsilçisinin formasını geyinəcək.

Rafael Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, 2022-ci ilin dekabrında müqavilə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq