Yığmanın baş məşqçisini istefa gözləyir – TƏCİLİ TOPLANTI

8 Mart 2023 14:00 Futzal 913
Yığmanın baş məşqçisini istefa gözləyir – TƏCİLİ TOPLANTI

Yaxın günlərdə Azərbaycan Futzal Federasiyasının təcili toplantısı keçiriləcək.

İclasda millinin DÇ-2024-ün əsas mərhələsində çıxışı müzakirə olunacaq, Joze Alesio Da Silvanın gələcəyi ilə bağlı qərar veriləcək.

Dünən komandamız sonuncu oyununu keçirib. Alesionun çalışdırdığı yığmamız Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 7:2.

Polşalıların qollarını Mikolay Zastavnik (4), Yakub Raşkovski və Tomaş Krezel vurublar. Azərbaycan yığmasından isə İsa Atayev və Amadeu fərqlənib.

Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polyaklar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.

Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan isə qrupu ikinci sırada başa vurub. Ancaq bu nəticə federasiya rəhbərliyini qane etmir.

Odur ki. braziliyalı mütəxəssislə müqavilənin uzadılmaması gündəmdədir. Böyük ehimalla, elə bu qərar da açıqlanacaq.

Çünki qurumun prezidenti Zaur Axundov Yunanıstanla Bakıdakı matçdan sonra komandanın oyunundan narazılığını ifadə etmiş, eyni zamanda bildirmişdi ki, məşqçi korpusunun qarşısına qrup liderliyi məqsədi qoyulub.

Dünənki qarşılaşma göstərdi ki, millinin nə oyunu var, nə də nəticəsi.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!