Millimizin baş məşqçisi: "Bizimlə müqayisədə onlar daha sərbəst oynadı"

6 Mart 2023 02:50 Futzal 745
Millimizin baş məşqçisi: "Bizimlə müqayisədə onlar daha sərbəst oynadı"

Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Yunanıstan üzərində qazanılan 5:2 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis bunları deyib:

"Yunanıstan bizimlə müqayisədə daha sərbəst idi. Çünki onların qrupdan çıxmaq şansı qalmamışdı.

Bu mənada, onlar daha rahat oynayırdılar. Biz bu matçda növbəti görüşümüzü fikirləşirdik.

Polşaya qarşı oyun birinci yer uğrunda mübarizə olacaq. Hazırlaşmaq üçün iki günümüz var. Çalışacağıq ki, lazımı səviyyədə hazırlaşaq".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq