"Qarşımıza tapşırıq qoyulub, biz yola bu məqsədlə çıxmışıq"

5 Mart 2023 00:50 Futzal 541
"Qarşımıza tapşırıq qoyulub, biz yola bu məqsədlə çıxmışıq"

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Bakıda Yunanıstanla qarşılaşan və inamlı qələbə qazanan (5:2) Azərbaycan millisinin qollarından birinin müəllifi Felipinyo matçı dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, milliləşmiş braziliyalı Futzal Federasiyasının mıtbuat xidmətinə açıqlamasında belə deyib:

“Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi.

Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik.

Düzdür, imkanlarımızdan tam istifadə edə, epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.

Felipinyo martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib:

“Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir.

Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.

O, elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini vurğulayıb:

“Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub.

Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik.

Nə heç-heçə, nə də minimalhesablı yenilgi haqda düşünürük. Polşaya qələbə üçün gedirik”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq