"Azərbaycanı sevirik, bu komanda bizdən güclüdür"

4 Mart 2023 00:50 Futzal 685
"Azərbaycanı sevirik, bu komanda bizdən güclüdür"

Futzal üzrə Yunanıstan komandasının baş məşqçisi Yanis Ziavas DÇ-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçirilən görüşünü şərh edib.

Sportinfo.az xəbər verir ki, yunanıstanlı mütəxəssis Bakıdakı 2:5 hesablı məğlubiyyət haqda bunları deyib:

“Oyun çətin alındı. Belə olacağını anlayırdıq. Azərbaycan bizdən güclüdür.

Şanslarımızdan istifadə etməyə çalışdıq. Rəqibin səviyyəsi ilə hesablaşa bilmədik. 0:4-dən sonra rəqib bir az arxayınlaşdı.

İlk oyunda da Azərbaycan öz səviyyəsini göstərmişdi. Azərbaycanı sevirik və bura gəldiyimizə görə şadam.

Burada oynamaq xoş idi. Azərbaycana uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq