Azərbaycan Yunanıstanı üstələdi, elit-raunda vəsiqə qazandı

3 Mart 2023 21:40 Futzal 668
Azərbaycan Yunanıstanı üstələdi, elit-raunda vəsiqə qazandı

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Yunanıstan seçməsini qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan komandasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqlənib.

Aktivindəki xalların sayını 9-a çatdıran Azərbaycan yığması sonuncu matçın nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Komanda növbəti oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq