"Yeni mövsümlə bağlı tələblər yayda məlum olacaq"

1 Mart 2023 16:00 Futzal 691
"Yeni mövsümlə bağlı tələblər yayda məlum olacaq"

Növbəti mövsüm futzal üzrə Yüksək Liqada çıxış etmək istəyən klublardan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək tələb olunmayacaq.

Bu barədə Sportinfo.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.

O, rəsmən qeydiyyata düşməyən, nizamnaməsi və bank hesabı olmayan komandaların çempiona buraxılmayacağına dair yayılan xəbərləri təkzib edib:

«İştirakçı klubların hamısı AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçir. Oyunçular da həmçinin.

Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə bağlı hələlik bir tələb yoxdur. Çünki UEFA lisenziya ilə bağlı hansısa tələb irəli sürməyib.

Yeni mövsümlə bağlı tələblər yayda məlum olacaq».

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?