Millimiz mətbuat önünə çıxacaq - BU TARİXDƏ

27 Fevral 2023 17:00 Futzal 607
Millimiz mətbuat önünə çıxacaq - BU TARİXDƏ

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan komandasının fevralın 28-də, saat 10:30-da, Bakı İdman Sarayında ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, məşqdən əvvəl – saat 10:15-də isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

Azərbaycan – Yunanıstan oyunu martın 3-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu izləmək üçün zala giriş sərbəst olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq