Azərbaycanda bu klublara da maliyyə ayrılacaqmı? - AÇIQLAMA

20 Fevral 2023 17:00 Futzal 614
Azərbaycanda bu klublara da maliyyə ayrılacaqmı? - AÇIQLAMA

«Hazırda belə bir məsələ gündəmdə yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.

Qurum rəsmisi növbəti mövsümdən etibarən Yüksək Liqa, Birinci Liqa və İkinci Liqada çıxış edəcək klublara maliyyə dəstəyi veriləcəyi yönündə yayılan xəbərlərə münasibət bildirib:

«Bizdə büdcə mövsümlük ayrılır. Yeni mövsümün büdcəsi, eləcə də planlar cari çempionat başa çatdıqdan sonra hazırlanacaq və təsdiqlənəcək.

Gələcəkdə necə olacaq, onu indidən demək çətindir. Amma bu gün üçün belə bir söhbət gündəmdə deyil».

Bu sezondan Premyer Liqa, I Divizion və Region Liqasının təmsilçilərinə dotasiya ayrılır. Ümumi vəsait AFFA-nın baş sponsoru SOCAR tərəfindən ödənilir.

Elita mənsublarının hər biri ayda 300 min manat alır. Birinci liqa iştirakçılarının payına düşən aylıq məbləğ 20 min manatdır.

Region Liqasında yarışanlara isə hər oyuna görə 300 manat verilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA