"10 qol buraxmışıq, amma mən bunu böyük hesab saymıram"

18 Fevral 2023 11:00 Futzal 549
"10 qol buraxmışıq, amma mən bunu böyük hesab saymıram"

«Əslində, bu, futzalda normal hesabdır. Mən bunu böyük hesab saymıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Fire»nin baş məşqçisi Teymur Eyvazov deyib.

Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. Turun mərkəzi oyununda lider “Araz Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” üz-üzə gəlib.

Qış fasiləsinə qədər keçirilmiş hər iki oyunda qalib gəlmiş Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də sürprizə imkan verməyib.

“Araz-Naxçıvan” ardıcıl 4 qol vurduqdan sonra “Baku Fire” fasilə ərəfəsində fərqi 3-ə endirib. İkinci hissədə ilk qolu nominal qonaqlar vursa da, lider fərqin azalmasına göz yummayıb.

Əksinə, yenə ardıcıl qollar vurmaqla fərqi 7 top çatdırıb. Xətai Bağırov və Nata Felipe de Moraes het-trik etməklə yadda qalıb - 10:2.

Eyvazov 10 qol buraxmaqlarına rəğmən, komandasının çıxışından narazı olmadığını bildirib:

«Yaxşı oyun nümayiş etdirdik. Oyunçularımın hamısından razıyam.

Çempionatda komanda sayının az olması işimi çətinləşdirir. Hazırlıq oyunları keçirməyə rəqib tapa bilmirik.

O üzdən də, «Araz Naxçıvan»la qarşılaşmanı bizim üçün hazırlıq oyunu hesab edirəm. Bu oyunlardan nəticələr çıxarıb, hazırlıq proseslərində nəzərə alacağıq.

Çempionat davam edir, qarşıda pley-off mərhələsi var. Çempion yalnız final oyunundan sonra məlum olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA