Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Turun mərkəzi oyununda lider “Araz Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” üz-üzə gəlib. Qış fasiləsinə qədər keçirilmiş hər iki oyunda qalib gəlmiş Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də sürprizə imkan verməyib.
“Araz-Naxçıvan” ardıcıl 4 qol vurduqdan sonra “Baku Fire” fasilə ərəfəsində fərqi 3-ə endirdi. İkinci hissədə ilk qolu nominal qonaqlar vursa da, lider fərqin azalmasına imkan vermədi.
Əksinə, yenə ardıcıl qollar vurmaqla fərqi 7 top çatdırdı. Xətai Bağırov və Nata Felipe de Moraes het-trik etməklə yadda qaldı.
Günün digər oyunlarında “Record” “Alyans”a qalib gəlibsə, U-19 da “Neftçi”yə məğlub olub.
"Araz Naxçıvan" – "Baku Fire" 10:2
Qollar: Xətai Bağırov, 6:06; 16:44; 32:39. Felipinyo, 11:36; 27:36. Ramiz Çovdarov, 18:38. Nata Felipe de Moraes, 25:11; 28:34; 35:28. Xəzər Ağalızadə, 36:56 – Yaqo Henrique Pereyra de Abreu, 19:31. Elvin Quliyev, 22:24.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Şakir Quliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Olimpik Star”. Saat 14:00.
"Alyans" – "Record" 3:6
Qollar: İmaməli Hüseynov, 21:10. Aqa Takliq Ali, 31:57; 34:12 – Mojtaba Vali, 9:30; 36:25. Mahdi Rahmanifar, 10:11. Emil Valehov, 11:13. Elmir Xəlilov, 25:53; 29:49.
Hakimlər: Ramil Namazov, Ceyhun Hüseynov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 16:00.
U-19 – "Neftçi" İK 1:9
Qollar: Kərim Babayev, 35:23 – Fərid Atakişiyev, 1:40; 34:01. Asif Zeynalov, 5:11; 34:40. Nurlan Mehdizadə, 11:23; 31:47. Rüfət Balakişiyev, 13:39. Ali Mikaeli, 24:50; 30:52.
Hakimlər: Ziya Nəsirov, Mahir Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 18:00.
Xal: Araz Naxçıvan – 37. Baku Fire – 28. Neftçi İK – 26. Record – 18. U-19 – 3. Alyans – 3.

