Futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.
"Olimpik Star"da təşkil olunan qarşılaşmalar Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb.
Hesabat turu çərçivəsində "Neftçi İdman Klubu" "Alyans"la üz-üzə gəlib.
“Ağ-qaralar” rəqibin qapısına 18 dəfə yol tapıb. Lənkəran təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxa bilib.
“Neftçi”dən Ali Mikaeli (2:26, 9:03), Nurlan Mehdizadə (5:45, 5:59, 10:50, 20:07), Rüfət Balakişiyev (7:47), Mirzə Əmirov (9:41, 21:33, 33:02, 36:06), Behzad Hassanzadeh (16:25, 24:57), Hasan Ali Jafari (24:18, 36:44), Ülvi Əliyev (27:21, 27:58) və Fərid Atakişiyev (36:23) fərqləniblər.
“Neftçi İK” 12 turdan sonra xalların sayını 23-ə yüksəltməklə üçüncü pillədəki yerini möhkəmləndirib.
HƏBİB / SPORTİNFO.AZ

