Azərbaycan millisinin oyununa göndərildilər

11 Fevral 2023 17:20 Futzal 645
Azərbaycan millisinin oyununa göndərildilər

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə edəcəklər.

Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaqlar.

Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.

Martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq