İddiası artan "Baku Fire"nin gücünü "Neftçi" də gördü - VİDEO

3 Fevral 2023 01:00 Futzal 560
İddiası artan "Baku Fire"nin gücünü "Neftçi" də gördü - VİDEO

Sportinfo.az xəbər verir ki, Yüksək Liqada qış fasiləsinə yekun vuruldu və III dövrəyə start verildi.

Əlbəttə, komandaların fasiləni necə dəyərləndirdikləri maraq doğururdu.

CBC Sport-la canlı yayımlanan turun ilk və mərkəzi matçında hər iki komanda yeni futzalçılarını da oynatmaq imkanı qazandı.

Qış fasiləsində Fərid Atakişiyev, Ali Mikaeli, Behzad Hassanzadehlə güclənən “Neftçi”dən fərqli olaraq “Baku Fire” braziliyalı legionerləri heyətinə cəlb etmişdi.

...

İaqo Henrique və Leonardo ilk dəfə ölkəmizdə nəyə qadir olduqlarını göstərdilər. Meydan sahibləri cənubi amerikalılardan başqa, “Araz-Naxçıvan”dan Oktay Rüstəmlini, “Neftçi”dən isə Kənan Manafovu sıralarına qatmışdı.

Oyuna gəldikdə, kifayət qədər ehtiyatlı davranan komandalar bir-birinin səhv etməsini gözləyirdi. Bəlkə də buna görə idi ki, qapılar qarşısında kifayət qədər təhlükəli epizod yaradılmadı.

Sükut 13-cü dəqiqədə pozuldu. Oktay Rüstəmli yeni komandasında debütünü qolla qeyd etdi. Bu həm də birinci hissədə vurulan yeganə qol oldu.

29-cu dəqiqədə Behzadın zərbəsindən sonra əvvəlcə qapı dirəyi, təkrar zərbənin ardınca Kamran hesaba tarazlıq gətirilməsinə imkan vermədi.

32-ci dəqiqədə “Neftçi” meydanda azlıqda qaldı. Asif Zeynalov ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etdi.

Rəqibin azlıqda qalması meydan sahiblərinin işinə yaradı. Henriquenin ötürməsindən sonra Rüstəmli dubl etməklə hesabdakı üstünlüyü də 2 topa çatdırdı.

Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Neftçi” 36-cı dəqiqədə üçücü dəfə meydanın mərkəzinə dəvət olundu. Rüstəmli het-trikini rəsmiləşdirdi.

Oyunda sonuncu qolu “Neftçi”dən Behzad Hassanzadeh vurdu. Beləliklə mərkəzi oyununda 3 xal qazanan “Baku Fire” turnir cədvəlindəki mövqeyini möhkəmləndirmiş oldu.

Lider üçün “Alyans”la duel məşq xarakterli keçdi desək, daha düzgün alınar. Əsasən heyətini gənclərdən quran əyalət təmsilçisinin heyətində het-trik edən Aqa Taklik Ali yadda qaldı.

“Araz-Naxçıvan” isə böyükhesablı qələbə ilə xal ehtiyatını artırdı. Turun son oyunu daha gərgin keçdi. Hesabı U-19 açsa da, rəqib ardıcıl 2 qol vurmaqla hadisələrin axarını lehinə dəyişdi.

Amma mübarizədən qopmayan gənclər fasiləyə qədər status-kvonu bərpa etdi. İkinci hissədə daha üstün oyun nümayiş etdirən nominal qonaqlar yekunda 3 xalı qazanan tərəf oldu.

"Baku Fire" - "Neftçi" İK (1:0) 3:1

2 fevral. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Şakir Quliyev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Oktay Rüstəmli, 12:21, 31:28, 35:45 // Behzad Hassanzadeh, 39:23

Sarı vərəqələr: Murad Quluzadə, 16:56, Elvin Quliyev, 39:50 // Ali Mikaeli, 0:14, Rüfət Balakişiyev, 30:28, Asif Zeynalov, 31:06, Behzad Hassanzadeh, 39:50

Qırmızı vərəqə: Asif Zeynalov, 31:06 (ikinci sarı)

"Baku Fire": 12. Kamran Hacıyev (q), 3. Oruc Baxşəlizadə, 4. Elvin Quliyev (k), 10. Oktay Rüstəmli, 21. Soruş Heydari, 1. Elnur Zamanov (q), 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 11. İaqo Henrique Pereyra de Abreu, 13. Leonardo Lima de Menezes, 19. Tofiq Əliyev, 22. Kənan Manafov

Baş məşqçi: Teymur Eyvazov

"Neftçi" İK: 12. Anar Məmmədov (q), 3. Fərid Atakişiyev, 10. Rüfət Balakişiyev (k), 11. Hasan Ali Jafari, 94. Ali Mikaeli, 16. Zaur Sultanov (q), 4. Məhəmməd Abbasov, 5. Behzad Hassanzadeh, 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 8. Ülvi Əliyev, 9. Nurlan Mehdizadə, 13. Əjdər Əjdərov, 17. Asif Zeynalov

Baş məşqçi: Hacıbala Abdullazadə

"Araz-Naxçıvan" - "Alyans" (Lənkəran) (10:1) 19:4

2 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Vüsal Balaşov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Nata Felipe de Moraes, 5:24, 6:49, 26:21, 31:33, 35:06, 39:59, Katatau, 6:16, 19:25, 25:18, Xəzər Ağalızadə, 8:21, 27:55, 30:18, 39:30, Ramiz Çovdarov, 11:02, 14:12, 21:25, Felipinyo, 12:21, Viktor Ponce, 17:40, Novruz Kazıxanov, 18:44 // Aqa Takliq Ali, 15:16, 33:24, 34:24, Elşən Əliyev, 37:22

"Araz-Naxçıvan": 1. Emin Kürdov (q), 7. Ramiz Çovdarov, 8. Felipinyo, 11. Xətai Bağırov, 19. Amadeu, 12. Azər Fərmanov (q), 10. Viktor Ponce, 18. Fərid Ələkbərov (k), 13. Nata Felipe de Moraes, 21. Cavad Məmmədov (q), 14. Xəzər Ağalızadə, 15. Novruz Kazıxanov, 17. İsa Atayev, 20. Katatau

Baş məşqçi: Joze Alesio Da Silva

"Alyans" (Lənkəran): 8. Nirat Şahtaxtinski (q), 6. Mohammadhossein Heydarpoor (k), 7. Elşən Əliyev, 10. İmaməli Hüseynov, 13. Aqa Takliq Ali, 2. Kamran Məmmədov, 3. Natiq Kərimov, 9. Kənan Hüseynli, 85. Murad Şahvələdov

Baş məşqçi: Vahid Ansari

U-19 - "Record club" (2:2) 4:7

2 fevral. Bakı İdman Sarayı. Saat 18:00

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ergün Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Raul Məmmədov, 6:43, 16:26, İlham Alıyev, 28:04, Fərid Abbasov, 35:55 // Emil Valehov, 13:33, 25:07, Mahdi Rahmanifar, 16:13, 22:49, 39:21, Mojtaba Vali, 32:48, 37:54

Sarı vərəqələr: Fərid Abbasov, 32:04, Rüfət Məmmədli, 37:52 // Mahdi Rahmanifar, 16:24, Mojtaba Vali, 25:42, Tariyev Xasıyev, 26:36

U-19: 12. Sadiq Əlizadə (q), 6. Rüfət Məmmədli, 10. Fərid Abbasov (k), 11. Kənan Rövşani, 14. Kərim Babayev, 1. Rəvan Hüseynov (q), 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 4. Raul Məmmədov, 5. Əhməd İsmayılov, 7. İlham Alıyev, 8. Nüsrət Fərzəli, 9. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli

Baş məşqçi: Ağatahir Əzimov

"Record club": 23. Mehdi Karimi (q,k), 7. Mojtaba Vali, 13. Mohammadsina Qasemi, 29. Mahdi Rahmanifar, 30. Sorouş Qasemi, 2. Emil İsrəfilov (q), 3. Onur Əlizadə, 11. Elmir Xəlilov, 17. Tofiq Məlikov, 20. Anar İsayev, 24. Tariyev Xasıyev, 27. Emil Valehov

Baş məşqçi: Cavad Farzangohar

Xəbər Lenti