Mövsümün SÜRPRİZ KOMANDASI Avropadan 2 səviyyəli legioner gətirir

12 Yanvar 2023 18:00 Futzal 996
Mövsümün SÜRPRİZ KOMANDASI Avropadan 2 səviyyəli legioner gətirir

“Tezliklə komandaya yeni legionerlər cəlb olunacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Baku Fire” futsal klubunun baş məşqçisi Teymur Eyvazov deyib.

Yüksək Liqada mübarizə aparan komanda mövsümün ilk yarısını əla keçirib. “Baku Fire” sürprizə imza ataraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Araz-Naxçıvan”ı təqib edən kollektiv qış fasiləsindən sonra uğurlarının davamını gətirmək iddiasındadır:

“Artıq ikinci dövrənin hazırlıqlarına start vermişik. Mövsümün əsas mərhələsi indən belə başlayacaq.

Pley-off mərhələsini da fikirləşirik. Bunun üçün müəyyən adımlar atırıq.

Bilirsiz ki, komandamıza iki iranlı legioner var. minimum daha iki legioner gətirmək niyyətindəyik.

Hazırda danışıqlar gedir. Rusiya, Moldova, Qazaxıstan, Serbiya və Avropanın başqa ölkələrindən olan oyunçularla danışıqlar gedir.

Hamısı səviyyəli legionerdir. Baxaq görək, kimləri bura gətirə bilirik”.

Xəbər Lenti