Braziliyanı arzulayan azərbaycanlı: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

30 Dekabr 2022 01:10 Futzal 391
Braziliyanı arzulayan azərbaycanlı: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

“İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm. İki dəfə üz-üzə gəlmişik və məğlub olmuşuq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

“Korifeylərimiz” rubrikasının qonağı olan Borisov onların dövründə İtaliya millisinin indikindən güclü olduğunu söyləyib:

“Həmin heyətdə Mammarella, Lima, Folya kimi ulduz oyunçular yer alırdı. Komanda özü də oynamırdı, rəqibə də oynamaq imkanı vermirdi.

Səhvlərdən məharətlə istifadə edirdilər. Amma Braziliya millisinə qarşı oynamağı arzulamışam. Heyif ki, çıxış etdiyim dövrdə bu baş vermədi”.

Xəbər Lenti