COP29

Millimizin sabiq kapitanı:"İyrəndim, futboldan uzaqlaşmaq qərarına gəldim"

24 Dekabr 2022 12:40 Futzal 428
Millimizin sabiq kapitanı:"İyrəndim, futboldan uzaqlaşmaq qərarına gəldim"

"Uşaq vaxtı futbol məşqlərinə gedirdim. Lakin “lipa”lara (süni yaşazaltma) görə futboldan uzaqlaşmaq qərarına gəldim. Sanki iyrəndirmişdilər".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futzalçısı Vitali Borisov futzal federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

"Korifeylərimiz" rubrikasının qonağı bu idman növü ilə məşğul olmağa başladığı dövrü xatırlayıb:

"Təsəvvür edin, 14 yaşın var və meydana çıxanda görürsən ki, rəqibin heyətində sənəd üzərində sənin yaşıdın olan, amma bığlı-saqqallı kişilər yer alıb.

Ən azı 3-4 yaş “lipa”larla qarşılaşmalı olurdun. Əlbəttə, fiziki baxımdan həmin yaşda onlarla mübarizə aparmaq mümkün deyildi.

Sizə 1996-97-ci illərdən danışıram. Baxdım ki, vəziyyət düzələnə oxşamır, hansı yarışa gedirsən, turnirə qatılırsan, eyni mənzərədir.

Buna görə də, futboldan ayrıldım və dərslərimə diqqəti artırdım, ali təhsil almağı qətiləşdirdim”.

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!