Azərbaycanın yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

26 Noyabr 2022 23:20 Futzal 560
Azərbaycanın yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan yığmasının yer aldığı V qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə yanaşı, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək gerçəkləşəcək.

Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Həlledici mərhələ isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada