İki klub Azərbaycan millisi qapıçısı ilə bağlı razılığa gəldi

26 Noyabr 2022 09:40 Futzal 1 710
İki klub Azərbaycan millisi qapıçısı ilə bağlı razılığa gəldi

Azərbaycan millisi qapıçısı Rövşən Hüseynli karyerasını daha bir müddət Qazaxıstanda davam etdirəcək.

Oktyabrın 19-da “Araz-Naxçıvan”da n ayrılaraq "Atırau"ya keçən kiper gələn ilin yayınadək sözügedən komandanın formasını geyinəcək.

Azərbaycan çempionu 31 yaşlı ”əlcək sahibi”nin icarə müqaviləsinin daha 6 ay uzadılmasına razılaşıb.

Daha əvvəl Rusiyada "Torpedo"nun formasını geyinmiş Rövşənin Qazaxıstana üz tutmasının səbəbi başqadır. Belə ki, qapıçı həm “Araz-Naxçıvan”da, həm də yığmada çalışan Joze Alesio Da Silva ilə mübahisə edib.

Rövşəni özündən çıxaran səbəb braziliyalı baş məşqçinin millidə kapitan sarğısını həmyerlisi Eduardo Borgesə həvalə etməsidir.

Hüseynli onu tərəfkeşlikdə suçlayıb. Deyib ki, Azərbaycan himnini bilməyən və öyrənmək istəməyən hansısa əcnəbu oyunçunun bu bazubəndi qoluna taxması komandanın yerli üzvlərinə hörmətsizlikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti