"Neftçi"yə qalib gəlmək üçün… Biz bunu bacardıq"

16 Noyabr 2022 11:40 Futzal 835
"Neftçi"yə qalib gəlmək üçün… Biz bunu bacardıq"

Futzal üzrə Yüksək Liqada ikinci dövrənin ilk turu arxada qalıb.

Medallar uğrunda yarışın favoritlərindən sayılan «Baku Fire» turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Paytaxt təmsilçisi 6-cı turda «Neftçi»İK-ə mövsümün ilk məğlubiyyətini yaşadıb. Komandanın baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında bu haqda danışıb:

«Neftçi» ilə oyuna yaxşı hazırlaşmışdıq. Oyunun gərgin keçəcəyini bilirdik. Start fitindən oyunun sonuna kimi hər iki komanda meydanda mübarizə apardı.

Oyun istədiyimiz kimi başladı. qalib gəlmək üçün birinci qolu vurmağımız vacib idi və bunu bacardıq. Birinci hissəni daha yaxşı keçirdik.

Qələbəyə layiq oynadıq. Hər bir oyunçum maksimum potensialını ortaya qoydu. İlk turdakı oyunla bu oyun, demek olar ki, eyni məcrada keçdi.

Onda hesab açılmamışdı, bu dəfə isə qol epizodlarından istifadə edə bildik. Çempionat 4 dövrədən və pley-off mərhələsindən ibarətdir.

Deməli, biz hələ rəqiblərimizlə bir neçə dəfə qarşılaşacağıq. «Baku Fire» və «Neftçi» eyni səviyyədə olan komandadır.

Onlarla oyunlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Odur ki, hər dəfə zala xeyli azerkeş gəlir».

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq