Braziliyalı sabiq hücumçunu qəfil Bakıya çağırdılar ki… FOTO

11 Noyabr 2022 09:40 Futzal 1 787
Braziliyalı sabiq hücumçunu qəfil Bakıya çağırdılar ki… FOTO

Futzal üzrə Rusiya millisinin sabiq hücumçusu Sirillo Azərbaycana gəlib.

42 yaşlı braziliyalı Azərbaycan çempionatının oyunlarını izləyib.

Vaxtilə “Spartak” və “Dinamo”da (Moskva) forma geyinmiş cənubi amerikalı “Araz Navxçıvan”ın bir neçə futzalçısının meneceridir.

Sirillonu da Bakıya onlar dəvət edib. Səbəb də budur ki, Bosniya və Herseqovinada keçirilən V qrupunun hər 3 oyununda məğlubiyyətlə üzləşən Azərbaycan çempionu 2 legionerlə yollarını ayırıb.

Baş məşqçi Joze Alesio Da Silvanın bir müddət əvvəl düşərgəyə cəlb etdiyi 9 braziliyalıdan hücumçu Pedro Torres və qapıçı Viktor Uqo Piresa buradan ayrılıb.

Daha 3 “sambaçı” ilə müqaviləyə isə yaxın günlərdə xitam veriləcək. Ola bilsin ki, düşərgədə cəmi 2 legioner qalsın.

"Araz-Naxçıvan" gəlmələrlə yollarına vaxtından əvvəl xitam verməyə hazırlaşsa da, onlara təzminat ödəmək niyyətində deyil. Sirillo Bakıda məhz bu problemi yoluna qoymalıdır.

Alesionun sükanı arxasında dayandığı "Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində biabırçı nəticələr əldə edib.

V qrupunda mübarizə aparan ölkə çempionu"Erebru"ya (İsveç) 2:5, "Loznika Qrad"a (Serbiya) 1:4 və “Mostar”a (Bosniya və Herseqovina) 2:3 hesabıyla uduzub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq