Polyaklar yunanlara 4 qol vurdu, yığmamıza çatdı

10 Noyabr 2022 03:40 Futzal 847
Polyaklar yunanlara 4 qol vurdu, yığmamıza çatdı

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində millimizin rəqibləri olan Yunanıstan və Polşa milliləri bu gün Afinada üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, oyun Polşa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinə aktivində 6 xal olan millimiz başçılıq edir. Polşa yığmasının da 6 xalı var, amma rəqib komandamızla müqayisədə bir oyun çox keçirib.

Millimiz gələn il martın 3-də Bakıda Yunanıstan, 4 gün sonra isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq