Millidə QALMAQAL! Kapitanlıq üstündə baş məşqçi ilə mübahisə etdi və…

4 Noyabr 2022 16:40 Futzal 608
Millidə QALMAQAL! Kapitanlıq üstündə baş məşqçi ilə mübahisə etdi və…

Azərbaycan millisi qapıçısı Rövşən Hüseynlin karyerasını Qazaxıstana yollanmasından xəbərdarsız.

“Araz-Naxçıvan”dan ayrılan kiper "Atırau"ya keçib.

Yığmamızıbn 31 yaşlı üzvü sözügedən komandada çıxış edəcək. Rövşən Hüseynli daha əvvəl Rusiyada "Torpedo"nun da formasını geyinib.

Onun bu dəfə Qazaxıstana üz tutmasının səbəbi başqadır. Belə ki, qapıçı baş məşqçi Joze Alesio Da Silva ilə mübahisə edib.

Rövşəni özündən çıxaran səbəb braziliyalı baş məşqçinin millidə kapitan sarğısını həmyerlisi Eduardo Borgesə həvalə etməsidir.

Hüseynli onu tərəfkeşlikdə suçlayıb. Deyib ki, Azərbaycan himnini bilməyən və öyrənmək istəməyən hansısa əcnəbu oyunçunun bu bazubəndi qoluna taxması komandanın yerli üzvlərinə hörmətsizlikdir.

SPORTİNFO.AZ

Xəbər Lenti