Federasiya kapitanı bu cür yola salacaq – PLAN BƏLLİ OLDU

3 Noyabr 2022 19:40 Futzal 696
Federasiya kapitanı bu cür yola salacaq – PLAN BƏLLİ OLDU

Azərbaycan futzalının bəlkə də ən tanınmış siması deyə biləcəyimiz Rizvan Fərzəliyev karyerasını başa vurub.

Ötən mövsüm başa çatandan sonra idman ayaqqabılarını mismardan asan 38 yaşlı Fərzəliyev hazırda məşqçilik edir.

Sual doğuran məqam Rizvanın futzal meydanlarını səssiz-səmirsiz tərk etməsidir.

Ömrünün 25 ilini bu idman növünə həsr edən, uzun illər Azərbaycan millisinin kapitan sarğısını daşıyan, təxminən 20 il “Araz-Naxçıvan”ın uğurlar üçün tərk edən biri samballı formada yola salınmalıydı və ya salınmalıdır.

Şəninə hansısa yoldaşlıq görüşü, xüsusi tədbir, ya da başqa nəsə.

Lakin Azərbaycan Futzal Federasiyası hələ ki, susur. Fərzəliyevin vida mərasimi ilə bağlı hansısa yenilik yoxdur.

Federasiyanın mətbuat katibi Mahal Məmmədov Sportinfo.az-a açıqlamasında çalışdığı qurumun səbəbkarla bağlı planını bildirib:

“Azərbaycan Futzal Federasiyasının Rizvan Fərzəliyevlə bağlı planı var. Martda Bakıda keçiriləcək Yunanıstanla oyundan əvvəl çəkdiyi zəhmətə görə təşəkkür ediləcək, xatirə hədiyyəsi təqdim olunacaq.

Əvvəlki illərdə Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov kimi futzalçıları necə hörmətlə yola salmışdıqsa, Rizvan üçün də onu edəcəyik”.

Azərbaycan futzal millisi gələn ilin martın 3-də DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Bakıda Yunanıstanla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA