"Burada yeni heyətə malik komanda yoxdur"

31 Oktyabr 2022 02:30 Futzal 629
"Burada yeni heyətə malik komanda yoxdur"

Futzal üzrə UEFA Çempionlar Liqasının 5-ci qrupunda son oyununu keçirən "Araz-Naxçıvan" "Mostar"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 2:3 hesablı məğlubiyyətdən sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silvan oyun haqda bunları deyib.

“Ötən oyundan sonra da demişdim, bu dəfə də həmin fikri səsləndirirəm: oyuna nəzarət bizdə idi. Çox sayda qol epizodu yaratdıq, təəssüf ki, yenə istifadə edə bilmədik.

Əlbəttə, yaxşı oynamağa görə xal vermirlər. Ortada qələbə yoxdursa, məğlubiyyətlər varsa, bu yaxşı hal deyil.

Bu heyəti cəmi 3 aydır yığmışıq. Rəqiblərimiz isə illərdir ki, bir yerdə oynayırlar. İsveç komandasını hamı zəif görürdü, amma elə deyil.

Komanda üzvləri iki ildən artıqdır ki, bir yerdə çıxış edir, nəticələr qazanırlar. Serbiya çempionu haqda isə geniş danışmağa dəyməz.

Onların nə qədər təcrübəli olduqlarını matçlar da göstərdi, əksəriyyəti ölkəsinin millisində çıxış edirlər. Burada yeni heyətə malik komanda yoxdur.

“Mostar” da “Lozniça Qrad” kimidir. 1-2 yeni oyunçu cəlb ediblər, qalanları illərdir ki, buradadır. Yenə deyirəm, komandam sona qədər mübarizə apardı,

heç bir rəqibdən çəkinmədi. Ancaq yaxşı nəticə qazanmaq üçün zamana ehtiyacımız var. Komandamın perspektivinə inanıram.

İkinci oyundakı epizodlarımızı realizə edə bilsəydik, bu gün meydana başqa atmosferdə çıxacaqdıq.

Belə vəziyyətdə komandanı motivasiya etmək də çətin olur. Hakimlər haqda isə danışmaq istəmirəm.

Bizim hər hərəkətimizi cərimə kimi qiymətləndirirlər, amma gözlərinin qabağında baş verən aqressiv hərəkətə sarı vərəqə göstərməklə kifayətlənirlər.

Halbuki həmin epizod zamanı oyunçumuz daha ciddi zədə ala bilərdi”.

Xəbər Lenti