Portuqaliyalı Azərbaycan millisinin sabiq kapitanına çatdı

30 Oktyabr 2022 11:20 Futzal 888
Portuqaliyalı Azərbaycan millisinin sabiq kapitanına çatdı

Portuqaliya millisinin futzalçısı Joao Matoş Azərbaycan yığmasının sabiq kapitanı Rizvan Fərzəliyevin rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Xorvatiyanın "Pula" komandasına 5:3 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının əsas seçmə mərhələ oyununda meydana çıxmaqla nail olub.

Avropanın 1 nömrəli klub turnirində 69-cu qarşılaşmasını keçirən Matoş bu göstəricidə azərbaycanlı futzalçıya çatıb.

Rizvan Fərzəliyev bu ilin əvvəlində peşəkar karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq