“Araz-Naxçıvan” Çempionlar Liqası ilə 3 məğlubiyyətlə vidalaşdı

30 Oktyabr 2022 00:30 Futzal 804
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə 3 məğlubiyyətlə vidalaşdı

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 22:00-da strat götürən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını bu oyuna qədər itirmişdi.

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” 3:2

Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA