Klubun vitse-prezidenti “Sportinfo”ya dedi: “Bakıya qayıdaq, tədbir görəcəyik”

29 Oktyabr 2022 21:00 Futzal 1 198
Klubun vitse-prezidenti “Sportinfo”ya dedi: “Bakıya qayıdaq, tədbir görəcəyik”

“Turnirin yekunlarını Bakıya qayıdandan sonra analiz edəcəyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov deyib.

Yayılan məlumatlara görə, futsal klubunun rəhbərliyi Joze Alesio Da Silvanı baş məşqçi postundan uzaqlaşdırmaq barədə qərar verib.

Buna səbəb futzal klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsində uğursuz çıxış etməsidir. Belə ki,

Bosniya və Herseqovinanın Mostar şəhərində keçirilən qrup oyunlarına qatılan komanda ardıcıl 2 matçda məğlubiyyətlə üzləşib və pley-off mərhələsinə çıxmaq şansını itirib.

"Araz-Naxçıvan" öncə İsveç "Erebru"suna 2:5, daha sonra Serbiya "Loznika Qrad"ına 1:4 hesabıyla yenilib.

Bu gün Naxçıvan klubu son oyununu keçirəcək. Kollektiv V qrupundakı görüşdə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək.

M.Sadıqov bildirib ki, yarışın nəticələri Bakıda müzakirə olunacaq:

“Qrupda qalmağımıza səbəb olan çatışmazlıqları araşdıracağıq. Dəqiq bilməliyik ki, iş prosesində nələr düz getmədi.

Hələ məşqçi korpusu ilə bağlı yekun qərar verilməyib. Biz müsbət nəticələr gözləyirdik. Çünki komandaya hər bir şərait yaradılıb.

Təlim-məşq toplanışlarına avqustdan başlamışdıq. Ötənilki heyətdən iki nəfər qalıb - Ramiz Çovdarov və Fərid Ələkbərov.

Qalanları yeni gələnlərdir. Onlar arasında oyun planında hələ vəhdət yaranmayıb. Baş məşqçinin əsas çətinliyi bununla bağlı oldu.

Yeno formalaşan komanda onun oyun fəlsəfəsini hələ tam mənimsəyə bilməyib. Bu da ilk iki turda özünü açıq-aşkar göstərdi.

"Erebru"ya beş qolun dördünü özümüz hədiyyə elədik. "Loznika Qrad" ilə qarşılaşmada da eyni hal təkrarlandı.

57 dəfə hücum etdik, amma yenə qol vurmağa çətinlik çəkdik.

Bakıya qayıdan sonra bütün bunları öz aramızda danışıb, müəyyən tədbirlər görəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA