Qrupda qalan Azərbaycan çempionu formal oyunda da uduzacaq?

29 Oktyabr 2022 13:20 Futzal 568
Qrupda qalan Azərbaycan çempionu formal oyunda da uduzacaq?

Bu gün "Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 22:00-da strat götürəcək.

Qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA