Azərbaycanda final oyununun vaxtı açıqlandı

6 May 2022 02:20 Futzal 611
Azərbaycanda final oyununun vaxtı açıqlandı

Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, hər iki görüş mayın 7-də Bakı İdman Sarayında gerçəkləşəcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” çıxacaq. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Həmin gün saat 15:00-da isə final oyunu baş tutacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər Lenti