Azərbaycan çempionatında bu komandaya 19 qol vurdular

23 Aprel 2022 01:20 Futzal 776
Azərbaycan çempionatında bu komandaya 19 qol vurdular

Futzal üzrə Yüksək Liqada əsas mərhələnin sonuncu – 21-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, son turun oyunları “Olimpik Star”da baş tutub.

Turun ilk matçında lider “Araz” “Alyans”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib.

EKOL bu dəfə “Record”u sınağa çəkib və qalib gəlib. Son oyun isə U-19 ilə “Baku Fire” arasında baş tutub. “Baku Fire” bu görüşdə milli üzərində əzmkar qələbəyə sevinib.

Bununla da Yüksək Liqada 2021/22-ci il mövsümünün əsas mərhələsinə yekun vurulub. “Araz”, EKOL, “Neftçi” İK və “Baku Fire” mübarizəni pley-offda davam etdirəcək.

U-19, “Record” və “Alyans” üçün isə mövsüm başa çatıb. “Xilə” daha öncə ardıcıl üç oyunda səbəbsiz şəkildə meydana çıxmadığı üçün yarışdan kənarlaşdırılmışdı.

"Araz" (Naxçıvan) – "Alyans" (Lənkəran) 19:3
Qol
: Xətai Bağırov, 0:30; 10:34; 32:42. Maneka, 4:52; 15:20; 29:15; 30:25; 36:07; 38:27. Felipinyo, 8:37; 14:43; 31:24. Ramiz Çovdarov, 10:02; 24:31; 25:41; 31:57; 37:20. Rizvan Fərzəliyev, 11:37. David Qustavo, 26:28 – Elşən Veysov, 22:22; 39:00. Anar İsayev, 34:42.
Hakimlər: Hacıəli Ağayev, Kənan Məlikov, Ziya Nəsirov.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star. Saat 14:00.

EKOL – "Record" 5:2
Qol
: Mehdi Rəsulov, 1:11. Rüstəm Bağırov, 8:25; 14:18. Orxan Həsənəliyev, 17:41; 31:43 – Hossein Hotkani Seyedreza, 21:38; 29:09.
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star. Saat 16:00.

U-19 – "Baku Fire" 3:5
Qol
: Xəzər Ağalızadə, 9:40. Nazim Rəhimov, 20:57. Məhəmməd Abbasov, 39:58 – Murad Quluzadə, 22:05. Tofiq Əliyev, 24:01. Elvin Quliyev, 26:33. Nihad İsmayılov, 28:06. Renat Sultanov, 29:35.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 18:00.

Xal durumu: Araz – 61, EKOL – 49, Neftçi – 44, Baku Fire – 37, U-19 – 20, Record 18, Alyans – 15, Xilə – 6.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda